Bərdədə qətl törədən qrupun daha bir üzvü saxlanılıb

Bərdədə qətl törədən qrupun daha bir üzvü saxlanılıb

Bərdə rayon sakini M.Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M.Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb. Onun Şorəlli kəndindəki evinin həyətindən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə