Hacıqabul rayonunun Navahı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 15-də saat 12 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsi ərazisində Şirvan şəhər sakini Elvin Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Göyçay rayon sakini V.Hümbətovun idarə etdiyi “Ford” markalı yük avtomobilinə vurub. Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB