Ağcabədi rayonunun Boyat kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 50 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...