Samuxda ana və oğlu intihara cəhd ediblər

Samuxda ana və oğlu intihara cəhd ediblər
Samux rayonunda yanğın hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə mayın 9-da saat 00.30 radələrində Samux rayonunun Ziyadlı kəndində qeydə alınıb. Kənd sakini, ruhi xəstə Tamella Ələkbərovaya məxsus ev bütövlükdə konstruksiyalarla yanıb. T.Ələkbərova və oğlu Elsevər isə kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ana və oğlu evi yandırıb, intihara cəhd ediblər. Ev yandırılmazdan əvvəl Elsevər qayçı ilə evdə olan 8 min manat pulu doğrayıb. Daha sonra isə ana və oğul kəsici alətlə özlərini öldürməyə cəhd ediblər.

Faktla bağlı polis araşdırmaya başlayıb. Hadisənin təfərrüatı öyrənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə