25 yaşlı gənci işlədiyi avtoyuma məntəqəsində elektrik cərayanı vurub

25 yaşlı gənci işlədiyi avtoyuma məntəqəsində elektrik cərayanı vurub

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə 7-ci Massivdə qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Vəliyev Xalid Fəzrəndə oğlu işlədiyi avtoyuma məntəqəsində elektrik cərayanı vurub.

Yaralı elektro travma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə