Keçmiş məhkum yenidən tutuldu

Kəpəz rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən E.Rzayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-dan avqustun 30-dək olan müddətdə rayon ərazisindəki 2 evdən və 1 həyətyanı sahədən məişət əşyaları və su mühərriki, habelə 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə