Salyanda yanğın

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 65 m2 sahədə və 1-ci mərtəbəsinin qarajında “Муравей” markalı motosikletin yanar hissələri yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə