Avtomobildən pul və mobil telefon oğurlandı

Avtomobildən pul və mobil telefon oğurlandı

Abşeron rayonu ərazisində avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən S.Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisində “KamAZ” markalı avtomobildən 323 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə