Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. SİA-nın xəbərinə görə, belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn 2 ədəd "Mercedes Benz" və "Volvo FH 12" markalı nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4200 ədəd müxtəlif markalı siqaret aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB