Lənkəranda dəhşətli qətl

Sentyabrın 13-də saat 10 radələrində Lənkəran rayonunun Balıqçılar qəsəbə sakini Günay Abıyevanın odlu silahla qətlə yetirilmiş meyitinin yaşadığı evdə aşkar edilməsi barədə Lənkəran ŞRPŞ-yə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə qadının əri M.Abıyev tərəfindən münaqişə zəminində ov tüfəngindən açılmış atəş nəticəsində qətlə yetirilməsi müəyyən edilib.

M.Abıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə