Daşkəsəndə 37 yaşlı şəxs tanışı tərəfindən bıçaqlanıb

Daşkəsəndə 37 yaşlı şəxs tanışı tərəfindən bıçaqlanıb

Daşksənəndə bıçaqlanma hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Astaf kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü Qasımov Razim Lətif oğlu sağ qolundan aldığı iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralıya lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, R.Qasımov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə də məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə