Kürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atıb. SİA-nın verdiyi məlumata görə, rayonun Şıxımlı kənd sakini, 1998-ci il təvəllüdlü Şükürova Ayşən Aqil qızı 1993-cü il təvəllüdlü Xırdapay kənd sakini İbadov Əsəd Füzuli oğlu ilə avtomobildə aralarında yaranan mübahisə zamanı özünü nəqliyyat vasitəsindən atıb. Ağır xəsarətlər alan qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB