Bakıda dəhşət: mikroavtobus yük maşınına çırpıldı Ölən və yaralanan var - YENİLƏNİB
Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata əsasən Bakıda mikroavtobusun yük maşınına çırpılması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb.
Yaralılardan biri Respublika Klinik Xəstəxanasına, biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, qalan 3-ü isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB