Mingəçevirdə bıçaqlanan 34 yaşlı qadın xəstəxanada keçinib

Mingəçevirdə bıçaqlanan 34 yaşlı qadın xəstəxanada keçinib

Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, hadisə Nizami küçəsində baş verib. 1986-cı il təvəllüdlü Yevlax rayon sakini Məmmədova Mirvari Yaşar qızı mübahisə zəminində bıçaqlanıb.

Onun qoluna və sinəsinə 4 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da 34 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qadına bıçaq zərbələri doğmalarından biri tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə