Sumqayıtda azyaşlının "Prado" ehtiyatsızlıqdan vuraraq öldürüb

Sumqayıtda azyaşlının "Prado" ehtiyatsızlıqdan vuraraq öldürüb

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

SİA xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda binalardan birinin qarşısında baş verib.

Həyətdə oynayan 2017-ci il təvəllüdlü İsgəndərov Rəvan Seyid oğlunu “Toyota Prado” markalı avtomobil vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə