Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB