İki avtomobil toqquşdu: ölən var

İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 9-da saat 19 radələrində İmişli şəhəri ərazisində rayon sakinləri Ş.Rüstəmovun idarə etdiyi “Mersedes” və İkram Hacıyevin idarə etdiyi “QAZ-24” markalı avtomobillər toqquşub. Nəticədə İ.Hacıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə