Bağlı qapı arxasında köməksiz qaldılar

Bağlı qapı arxasında köməksiz qaldılar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda 2-si azyaşlı olmaqla 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə