Gəncədə 41 yaşlı narkotik istifadəçisi ölüb

Gəncədə 41 yaşlı narkotik istifadəçisi ölüb

Gəncədə narkotik istifadəçisi ölüb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər sakini, 41 yaşlı Vüqar Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, V.Quliyev yüksək dozada qəbul etdiyi narkotik vasitənin təsirindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə