Narkotiklə məşğul olan şəxslər tutuldu

Narkotiklə məşğul olan şəxslər tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri E.Quliyev və A.Dadaşzadə saxlanılmış, onlardan heroin aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri E.Quliyev və A.Dadaşzadə saxlanılmışlar. Şəxsi axtarış zamanı E.Quliyevdən 2 kiloqram 20 qram, Ayxan Dadaşzadədən isə 1 kiloqram 20 qram heroin aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə