Şirvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 7-də saat 15 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Murad Şərifov idarə etdiyi şəxsi “Saipa” markalı avtomobili yolun kənarında dayanmış şəhər sakini Ə.Soltanova məxsus “VAZ-2106” markalı avtomobilə vurmuş, zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil şəhər sakini Eldar Ələkbərova dəyib. Nəticədə E.Ələkbərov xəstəxanaya aparılarkən yolda ölmüş, Ə.Soltanov xəstəxanaya yerləşdirilib. Şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB