Yolu keçən piyadanı maşın vuraraq öldürdü

Yolu keçən piyadanı maşın vuraraq öldürdü

Sentyabrın 7-də saat 21 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini C.Həşimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qadını vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə