“BMW”dən oğurluq edilib
Mayın 9-da Azərbaycan prospektində Bakı şəhər sakini Rauf Rəhimova məxsus "BMW" markalı avtomobildən açıq qapıdan daxil olmaqla eynək və ətir oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Hikmət Şahverdiyev yaxalanmış və onun üzərindən 0,521 qram narkotik vasitə olan heroin aşkar olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə