Bakının Xətai rayonunda sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb

Bakının Xətai rayonunda sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, Zığ yolu şosesində "Daewoo" markalı avtobus yoldan çıxıb.

Hava limanı istiqamətində hərəkətdə olan 60 nömrəli sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb.

Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə