Bakıda 22 yaşlı oğlan atasını bıçaqlayıb

Bakıda 22 yaşlı oğlan atasını bıçaqlayıb

Bakıda oğul atasını bıçaqlayıb. SİA xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Xəyyam Məmmədov münaqişə zəmində eyni ünvanda yaşayan atası Qəhrəman Məmmədovu bıçaqlayıb. Zərərçəkmiş Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə