Münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusuna xəsarət yetirməkdə şübhəli bilinən Bərdə rayon sakini Y.Kərimov saxlanılmış, ondan ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılmış, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB