Bakıda kafedən uğurluq edildi

Xətai rayonu ərazisindəki kafelərin birindən oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini R.Tağıyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də rayon ərazisindəki kafelərin birindən 1300 manat dəyərində pivə aparatı, çəllək və soyuducu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş R.Tağıyev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə