Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. SİA-nın xəbərinə görə, belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Renault Premium" və "Mercedes Benz" markalı nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4800 ədəd müxtəlifmarkalı siqaret aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB