Avtomobillə motosiklet toqquşdu, ölən var

Avtomobillə motosiklet toqquşdu, ölən var

Saatlı rayonunun Musalı kəndi ərazisində avtomobillə motosiklet toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 5-də saat 23 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Salmanov sentyabrın 6-da orada ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə