Tonlarla ot bağlaması yandı

Sabirabad rayonunun Yolçubəyli kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və altına yığılan 18 ton ot bağlamasının 8 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə