Qubada dağlıq ərazidə yanğın başlayıb

Qubada dağlıq ərazidə yanğın başlayıb

Qubada dağlıq ərazidə yanğın başlayıb. SİA Fövqəladə Hallar Nazirliyinin sayıtna istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Quba rayonunun Muçu kəndində (rayon mərkəzindən 83 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) həyətyanı sahədə ot tayalarının yanması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə