Göyçayda çayxanada yanğın baş verib

Göyçayda çayxanada yanğın baş verib

Göyçay rayonunun Bəydövül kəndində ümumi sahəsi 120 m2 olan çayxana kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, tikilinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə