Evləri qarət edən şəxslər tutuldu

Evləri qarət edən şəxslər tutuldu

Evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri O.Həmzəyev və A.Əliyev saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də şəhər ərazisindəki evlərin birindən 2 ədəd televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri O.Həmzəyev və A.Əliyev saxlanılıblar. Ətraflarında aparılmış tədbirlərlə onların daha 1 mənzildən 200 manat dəyərində dəmir seyfi oğurlamaları da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə