Avtomobil piyadanı vurub öldürdü

Səbail rayonunun Parlament prospektində yol-nəqliyyat hadisəi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 2-də saat 18 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə