Hacıqabuldakı yol-nəqliyyat hadisəsi zamanı bir sərnişin dünyasını dəyişib

Hacıqabuldakı yol-nəqliyyat hadisəsi zamanı bir sərnişin dünyasını dəyişib

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, pomidorla yüklənmiş "Ford" markall avtomobil arxadan mişar daşı ilə yüklü olan "KamAz" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı "Ford" markalı avtomobildə olan sərnişin dünyasını dəyişib. Belə ki, Bərdə rayon sakini, 1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə