Soyğunçuluq törətməkdə şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev və Xocalı şəhər sakini T.Səfərov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Cəlilov avqustun 31-də saat 21 radələrində rayon ərazisində 2 nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev və Xocalı şəhər sakini T.Səfərov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB