Paytaxtda avtomobilləri qarət edən şəxs saxlanıldı

Paytaxtda avtomobilləri qarət edən şəxs saxlanıldı

Xətai rayon ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Cəlilov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da rayon ərazisində 2 avtomobildən qızıl boyunbağı, mobil telefon və konyak oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Cəlilov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə