Qaçırdığı avtomobillə birgə tutuldu

Qaçırdığı avtomobillə birgə tutuldu

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Rzaquliyev avtomobillə birgə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Hacıqabul rayon sakini Q.Babayev avqustun 31-də Bakuvi küçəsindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Rzaquliyev Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə