Şabranda yanğın

Şabran rayonunda ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 15 ton ot bağlaması yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə