Kürdəmirdə yanğın

Kürdəmir rayonunun Muradxan kəndində ümumi sahəsi 144 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 25 ton ot bağlamasının 15 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə