Narkotiklə məşğul olan şəxslər tutuldu

Narkotiklə məşğul olan şəxslər tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar şəhər sakinləri M.Güləliyev və E.Bayramov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Biləsuvar RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri M.Güləliyev və E.Bayramov saxlanılıblar.

M.Güləliyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı oradan 392 qrama yaxın heroin, 104 qrama yaxın metamfetamin və 13 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə