Meyxanaçının dəfn mərasimində iştirak etmiş daha iki nəfər inzibati qaydada cərimə olunub

Meyxanaçının dəfn mərasimində iştirak etmiş daha iki nəfər inzibati qaydada cərimə olunub
Xəbər verdiyimiz kimi, Binəqədi rayonunun Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanan görüntülərdə daha iki nəfər - Pərviz Məmmədov və Rəşad Əmirov müəyyən ediliblər. Rayon polis idarəsinə dəvət olunan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Onların hər biri 200 manat məbləğində cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə