Avqustun 30-da paytaxtın Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilib və onlar ərazidə xidmət aparan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. DİN-dən SİA-ya verilən məlumata görə, onlarla izahedici söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 24 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB