Şirvan şəhərində yataqxanada yanğın baş verib.
SİA xəbər verir ki, hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada qeydə alınıb.
Hadisəyə səbəb mənzillərdən birində divanın yanması olub. Evdə olan 2 yaşlı Araz Pünhan oğlu Vəliyev və 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər.
Azyaşlıların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB