Gəncədə 46 yaşlı kişi yıxılaraq ölüb

Gəncədə 46 yaşlı kişi yıxılaraq ölüb

Gəncədə bədbəxt hadisə baş verib.

SİA-nın məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Məmmədov Rüfət Firdovsi oğlu yaşadığı evin zirzəmisində yıxılıb. Bu zaman 46 yaşlı kişi başından kəllə-beyin tranması alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com