Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub. FHN-dən SİA-ya bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1995-ci il təvəllüdlü İmamhüseynov Anar Rasim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB