Lerik rayonunun Züvüç kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 26-da saat 18 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb.
Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Lerik RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB