DİN Ağdaşda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN Ağdaşda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Ağdaş şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 26-da saat 3 radələrində Ağdaş şəhəri ərazisində Kotanarx kənd sakini S.Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişinlərindən həmkəndliləri Nəsir Əliyarov hadisə yerində ölmüş, özü və digər sərnişinləri Nəsib Əliyarov, Səlim İsmayılov və Şəmistan Qəribov xəstəxanaya yerləşdiriliblər. Ş.Qəribov və N.Əliyarov orada ölüb. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə