Şabranda yanğın

Şabran rayonunun Gəndov kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 110 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə