Yaşayış binasında yanğın, 13 nəfər təxliyə edilib

Yaşayış binasında yanğın, 13 nəfər təxliyə edilib

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə